Höte İnstitutu Berlindəki "Rus evi"nin fəaliyyətini dayandırmaq qərarına cavab olaraq bağlanacaq

Höte İnstitutu Berlindəki "Rus evi"nin fəaliyyətini dayandırmaq qərarına cavab olaraq bağlanacaq

15:37
Bəyəndim (1) Bəyənmədim (0)

Berlindəki "Rus evi" mədəniyyət mərkəzinin bağlanmasından sonra Höte İnstitutunun Rusiyadakı şöbələri də bağlanacaq. Oxuməni.az-ın "İnterfaks"-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib.

O, XI Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində Rusiya "Znaniye" (Bilik) Cəmiyyətinin mühazirəsində çıxış edərkən deyib: "Əlbəttə, bizim mədəniyyət mərkəzimizi oradan qovduqdan sonra onlar da bağlanacaqlar".

Rusiyanın Berlindəki qurumunun bağlanması mövzusunu şərh edən Lavrov qeyd edib: "Yəni onlar şüurlu şəkildə elə bir addım atırlar ki, bunun Qərblə münasibətlərimizdəki bütün Ukrayna hadisələrinə baxmayaraq, Rusiya Federasiyasında qalan mədəni mövcudluqlarının sona çatması demək olduğunu anlamamaya bilməzdilər".

Qeyd edək ki, Höte İnstitutu Almaniyada alman dilinin təbliği və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün qeyri-hökumət təşkilatı kimi yaradılıb. Rusiyada onun üç şöbəsi — Moskva, Sankt-Peterburq və Novosibirskdə fəaliyyət göstərir. Ən qədim filialı 8 oktyabr 1992-ci ildə açılan Moskva filialıdır. Höte İnstitutunda rusiyalılar, digər xidmətlərlə yanaşı, alman dili üzrə imtahan verə bilirdilər.

Almaz Həsənli