Ukrayna Silahlı Qüvvələrinin Moskva vilayətində hücumundan sonra dağıntılar qeydə alınıb
Moskva vilayətinin Kubinka şəhərində Ukrayna Silahlı Qüvvələrinin (UAH) pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına dəyib və ziyana səbəb olub. Oxuməni.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Telegram-da bildirib.
Rəsmi şəxs PUA-nın zərbəsinin yanğına səbəb olduğunu bildirib - səkkizinci və doqquzuncu mərtəbələrdə alov aşkarlanıb, yeddinci mərtəbənin eyvanı da yanıb. "Binadan on nəfər təxliyə edilib. Ən əsası, ilkin məlumata görə, heç kim xəsarət almayıb", - Vorobyov öz bloqunda yazıb.
Moskva vilayətinin rəhbəri təcili yardım xidmətlərinin dron zərbəsi yerində işlədiyini bildirib.
Əziz MUSTAFA
Digər xəbərlər




















































































