Argentinada bütün matçlar Messi üçün bir dəqiqəlik dayandırılacaq
Argentina futbolunda Lionel Messinin milli komandadakı karyerasını başa vurması şərəfinə xüsusi bir aksiya keçirilməsi qərara alınıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
Qarşıdan gələn həftəsonu Argentinada keçiriləcək bütün matçlarda oyun 10-cu dəqiqədə dayandırılacaq. Fasilə bir dəqiqə davam edəcək və azarkeşlər Messini alqışlarla yola sala biləcəklər. Aksiya ölkənin bütün turnirlərini və divizionlarını əhatə edəcək.
Məhz 10-cu dəqiqənin seçilməsi Messinin uzun illər Argentina millisində çıxış etdiyi oyun nömrəsi ilə bağlıdır. 39 yaşlı hücumçu bir neçə gün əvvəl beynəlxalq karyerasını bitirdiyini elan edib.
MLS çempionu "İnter Mayami"nin hücumçusu Messi Argentina millisinin heyətində 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Almaz Həsənli




















































































