Rubio Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Moskvaya səfərinin məqsədini açıqlayıb
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri Rusiya və ABŞ-ın kəşfiyyat xidmətləri arasında əlaqə kanallarının qurulması ilə bağlıdır. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox Radio" radiostansiyasına müsahibəsində bildirib.
"MKİ rəhbərinin Moskvaya səfəri ABŞ və Rusiya kəşfiyyat xidmətləri arasında əlaqə kanallarının qurulması kursunun davamı idi", - deyə diplomat vurğulayıb.
Rubio, həmçinin qeyd edib ki, Vaşinqtonun praktiki nöqteyi-nəzərdən Moskva ilə əlaqə saxlaması zəruridir.
"Bütün fikir ayrılıqlarımıza baxmayaraq, Birləşmiş Ştatlar çox praktiki nöqteyi-nəzərdən Rusiya ilə əlaqə saxlamaq imkanına malik olmalıdır – onların dünyada ikinci ən böyük nüvə arsenalı var", - deyə dövlət katibi izah edib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da oxşar bəyanatla çıxış etmişdi. Onun sözlərinə görə, Con Retkliffin Moskvaya səfəri iki ölkənin xüsusi xidmət orqanları arasındakı təmaslarla bağlıdır.
Xatırladaq ki, MKİ rəhbəri avqustun 25-də, çərşənbə axşamı gecə saatlarında ABŞ-ın "Boeing C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsi ilə gözlənilmədən Rusiyaya gəlmişdi.
Almaz Həsənli




















































































