Rusiya hələ də Vaşinqtondan ABŞ-ın yeni səfirinin namizədliyinə aqreman sorğusu almayıb

Rusiya hələ də Vaşinqtondan ABŞ-ın yeni səfirinin namizədliyinə aqreman sorğusu almayıb

11:16
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya hələ də Vaşinqtondan ABŞ-ın yeni səfirinin namizədliyinə aqreman verilməsi ilə bağlı sorğu almayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentində kadr məsələlərinin «heç də asan həll olunmadığını» nəzərə alaraq, bu vəziyyəti dramatikləşdirməyin mənasını görmür.

ABŞ-ın Moskvadakı əvvəlki səfiri və Rusiyadakı Amerika diplomatik missiyasına rəhbərlik edən ilk qadın Linn Treysi olub. O, bu vəzifəyə 2023-cü ilin yanvarında təyin edilib və fəaliyyətini 2025-ci il iyunun 27-də başa vurub. Diplomat ABŞ-a qayıtmazdan əvvəl Aleksandr Puşkinin «Çadayevə» şeirindən sətirlərlə ruslarla vidalaşıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov may ayında bildirib ki, Rusiya və ABŞ diplomatik münasibətlərin normallaşdırılması məsələsində müəyyən qədər irəliləyiş əldə etsələr də, proses kifayət qədər ləng gedir — «çay qaşığı ilə saatbasaat» deyə ifadə edib. Onun sözlərinə görə, Moskva və Vaşinqton ilin əvvəlindən etibarən ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı bir sıra təmaslar keçirib.

Almaz Həsənli