Türkiyə aviaşirkətləri Rusiyaya uçuşları ləğv etməyə başlayıb

Türkiyə aviaşirkətləri Rusiyaya uçuşları ləğv etməyə başlayıb

15:15
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə aviaşirkətləri Rusiyaya uçuşları ləğv etməyə başlayıb. Türkiyənin "Pegasus" aviaşirkəti "hava məkanı ilə bağlı vəziyyət" səbəbindən Moskvaya uçuşları dayandırıb.

Oxuməni. az xəbər verir ki, bu barədə "Ostarojno, novosti" Telegram kanalı məlumat yayıb.

Sentyabrın 2-də saat 00:05-də Bodrumdan uçuş gözləyən sərnişinlər bildiriblər ki, təyyarəyə minik zamanı onlara Türkiyə aviaşirkətlərinin Rusiya paytaxtına bütün uçuşlarının ləğv edildiyi elan olunub.

Aviaşirkət nümayəndələri: "Bizi nə gözlədiyini bilmirik, Türkiyə tərəfi uçuşları qadağan edib", — deyə qeyd ediblər.

Sərnişinlər yalnız saat 12:00-a qədər otellə təmin olunublar. Yeni uçuş vaxtı barədə hələlik məlumat yoxdur, lakin bəzi təyyarələr artıq Moskvaya yola düşməyə başlayıb.

Son sutka ərzində Moskvanın üç hava limanında 77 reys ləğv edilib və ya təxirə salınıb. Dəyişikliklər Şeremetyevoda 40, Domodedovoda 20, Vnukovoda isə 17 reysə təsir edib. Ən uzun gecikmə Antalyadan Domodedovoya olan reysdə qeydə alınıb — uçuş 9 saatdan çox təxirə salınıb.

Almaz Həsənli