Permdə Rusiya üçün raket mühərrikləri istehsal edən zavod yanıb

Permdə Rusiya üçün raket mühərrikləri istehsal edən zavod yanıb

15:03
Bəyəndim (1) Bəyənmədim (0)


Sentyabrın 2-nə keçən gecə Rusiyanın Perm şəhərində “Proton-PM” zavodunda yanğın baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Exilenov məlumat yayıb. Şahidlərin bildirdiyinə görə, zavodun üstündəki səma qatı qara tüstü ilə dolub. Yayımlanan fotolarda böyük tüstü sütununun biznes binası və hasarın üstündən qalxdığı görünür. Yanğının səbəbi barədə hələlik məlumat verilmir.

Proton-PM ASC Rusiyanın raket, kosmik və maşınqayırma sənayesində aparıcı müəssisələrdən biridir. O, güclü maye yanacaqla işləyən raket mühərrikləri, eləcə də ölkənin aviasiya və aerokosmik sənayesi üçün komponentlər istehsal edir. Avqustun 21-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Permdəki neft emalı zavodunu və Rusiyanın Volqoqrad vilayətindəki Marinovka hərbi aerodromunu vurub. Həmin gün Rusiyaya məxsus Su-34 təyyarəsinin Axtubinsk aerodromunda vuurlduğu təsdiqlənib.

Əziz MUSTAFA