Ermənistan və ABŞ Sünikdə TRIPP layihəsini müzakirə ediblər

Ermənistan və ABŞ Sünikdə TRIPP layihəsini müzakirə ediblər

10:06
Bəyəndim (1) Bəyənmədim (0)

Bu həftə Ermənistan və ABŞ rəsmilərinin Sünik vilayətinə birgə səfəri baş tutub. Səfər çərçivəsində "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə işlər davam etdirilir. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Səfərdə Ermənistan tərəfindən Xarici İşlər Nazirliyinin nümayəndələri, ABŞ tərəfindən isə ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə baş müşaviri doktor Con Askonas iştirak edirlər.

Nümayəndə heyəti yerli hakimiyyət orqanlarının nümayəndələri və icma sakinləri ilə görüşlər keçirəcək. Tərəflər TRIPP layihəsinin regional əlaqələri necə gücləndirə biləcəyini və Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına töhfə verməklə yanaşı, yeni imkanlar aça biləcəyini müzakirə edəcəklər.

Rəsmilər, həmçinin Meğri ətrafında TRIPP marşrutunun nəzərdə tutulan sahələrinə baş çəkəcəklər.

Almaz Həsənli