Mirzoyan: Ermənistan tezliklə Azərbaycana mal satmağa başlayacaq

Mirzoyan: Ermənistan tezliklə Azərbaycana mal satmağa başlayacaq

11:40
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni şirkətlərinin tezliklə Azərbaycana mal tədarükünə başlayacağını bildirib. Oxuməni.az xəbər verir ki, o, bu barədə ölkənin ictimai televiziyasına verdiyi müsahibədə məlumat verib.

"Yaxın günlərdə Azərbaycan şirkətlərinin erməni şirkətlərindən mal aldıqlarını eşidəcəksiniz. Ermənistan Azərbaycana mal satacaq", - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, bu, ölkələr arasında ikitərəfli ticarətin başlanğıcı olacaq.

Almaz Həsənli