Bessent Siluanova Ukraynadakı döyüşləri dayandırmaq tələbini çatdırıb

Bessent Siluanova Ukraynadakı döyüşləri dayandırmaq tələbini çatdırıb

10:47
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın maliyyə naziri Skott Bessentin rusiyalı həmkarı Anton Siluanovla görüşü məhsuldar keçib. Oxuməni. az xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Erin Braun "Politico"ya məlumat verib. Onun sözlərinə görə, amerikalı nazir cənab Siluanova Ukraynadakı hərbi münaqişənin dayandırılmalı olduğunu və ABŞ hakimiyyətinin sülh yolu ilə həllin şahidi olmaq istədiyini çatdırıb.

Görüş ABŞ-ın Eşvill şəhərində G20 ölkələrinin maliyyə nazirlərinin iclası zamanı baş tutub. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi əlavə edib ki, tərəflər ABŞ prezidenti Donald Trampın "sülhə nail olmaq və iqtisadi artım" planını müzakirə ediblər. O qeyd edib ki, cənab Siluanovun iclasda iştirakı Ağ Evin qərarı olub.

"Politico"nun mənbəsinin verdiyi məlumata görə, görüşdə cənab Bessent həmçinin bildirib ki, Ukraynadakı döyüşlər dayanmayana qədər ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Nəşrin həmsöhbəti bildirib ki, rusiyalı nazir "birgə fəaliyyət üçün maraq doğuran mövzuları müzakirə etməyə çalışdıqda", ABŞ-ın maliyyə naziri onu kəskin şəkildə kəsərək, münaqişə bitənə qədər bunun mümkün olmadığını bəyan edib.

G20 ölkələrinin maliyyə idarələrinin rəhbərlərinin görüşü avqustun 31-də və sentyabrın 1-də keçirilir. Rusiya qurumunun məlumatına görə, cənab Siluanov və Bessent Rusiya ilə ABŞ arasında əməkdaşlığı, həmçinin G20 çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Almaz Həsənli