Tramp İranın potensialını cilovlamaq üçün zərbələr endirmək planını nəzərdən keçirir

Tramp İranın potensialını cilovlamaq üçün zərbələr endirmək planını nəzərdən keçirir

10:24
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp və onun köməkçiləri İranın gəmilərə hücum etmək üçün radar və raket imkanlarını bərpa etməsinə mane olmaq məqsədilə Hörmüz boğazında zərbələr endirmək imkanını nəzərdən keçirirlər. Oxuməni. az xəbər verir ki, bu barədə "Axios" nəşri üç amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Müsahiblərdən biri bildirib: "Planın ideyası neft tankerlərinə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və Hərbi Hava Qüvvələrinin təyyarələrinə qarşı İran hücumlarının riskini azaltmaq, yəni "qayçı ilə qazon biçmək"dir".

Mənbələrin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın gəmilərə daha dəqiq zərbələr endirmək üçün öz texnologiyalarını bərpa etmək cəhdlərindən narahatdır. Müsahib buna misal olaraq, boğazda gəmiləri mühafizə edən ABŞ-ın F-35 qırıcısına qarşı zenit raketinin buraxılmasını göstərib.

Nəşrdə qeyd olunur: "Amerikalı rəsminin sözlərinə görə, raket təhlükə yaradacaq qədər yaxınlaşmasa da, bu, İranın öz hərbi potensialını bərpa etməyə çalışdığına dair bir siqnal idi".

Nəşrin yazdığına görə, CENTCOM yüksək vəzifəli şəxslərə bildirib ki, bu halda hərbçilərin İrana dövri olaraq zərbələr endirməsi tələb oluna bilər. Amerikalı rəsmilərin sözlərinə görə, ABŞ-ın müdafiə naziri Pit Heqset planı dəstəkləyib və bir neçə gün əvvəl onu Ağ Evə göndərib.

Müsahiblər qeyd ediblər ki, əvvəllər Ağ Ev hücumlara icazə verməməyə meylli idi, lakin İranın İordaniyadakı ABŞ bazalarına raket zərbələri endirməsi "Trampın fikrini dəyişə bilər".

Ağ Evdən verilən cavabda bildirilib ki, Tramp bütün mövcud variantlardan istifadə etmək imkanını saxlayır və əlavə edilib: "İranlılar razılaşma əldə etmək istəyirlər, lakin onlar həmişə bir gün gecikir və bir dollar çatışmazlığı yaşayırlar".

Almaz Həsənli