İsveç Fransa ilə dörd freqatın alınması üçün müqavilə imzaladı

İsveç Fransa ilə dörd freqatın alınması üçün müqavilə imzaladı

10:18
Bəyəndim (1) Bəyənmədim (0)

İsveç və Fransa müdafiə nazirlikləri əməliyyat məsələləri, müdafiə imkanları və sənaye inkişafı sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək üçün çərçivə müqaviləsi imzaladılar. Tərəflər həmçinin İsveçin Fransadan dörd freqat alması üçün müqavilə bağlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə İsveç hökumətinin veb saytında deyilir.

İsveç hökumətinin veb saytında yayımlanan mərasim, İsveç paytaxtının Köhnə şəhərində lövbər salmış bir Fransız freqatında baş tutdu. İsveçin Baş naziri Ulf Kristersson və Fransa Prezidenti Emmanuel Makron iştirak etdilər. Əvvəllər xəbər verildiyi kimi, freqatlar üçün müqavilənin dəyəri 4,3 milyard avro idi.

Sazişlər üzrə məsləhətləşmələr aprelin sonlarından bəri ölkələr arasında davam edirdi. Sözügedən FDI freqatları Naval Group şirkətinə məxsusdur və 2030-cu ildən etibarən təhvil verilməsi planlaşdırılır. Hazırda İsveç Hərbi Dəniz Qüvvələrinin əsasını freqatlardan daha kiçik olan Visby sinifli korvetlər təşkil edir. Yeni gəmilər ballistik raketləri məhv etmək üçün hazırlanmış hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmalıdır.

Əziz Mustafa