İran XİN-də ABŞ-la danışıqlara qayıtmağın şərtini açıqlayıblar
Tehran Vaşinqtonla danışıqlar prosesinə qayıtma ehtimalını istisna etmir, lakin bunun üçün ABŞ-ın təzyiq siyasətindən imtina etməsini zəruri hesab edir. Oxuməni.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi X sosial şəbəkəsində bildirib.
«Diplomatiyanı düzgün məcraya qaytarmaq mümkündür. Bu, ABŞ-ın bir sadə həqiqəti dərk edib-etməyəcəyindən asılıdır: təzyiq işləmir. Birləşmiş Ştatlar etimad yaratmalı, hörmətlə danışmalı, bizim hüquqlarımızı tanımalı və öhdəliklərini yerinə yetirməlidir», — deyə o, X-də yazıb.
Onun sözlərinə görə, dialoqun bərpa edilməsi üçün Amerika tərəfi danışıqlara yanaşmasını dəyişməlidir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun hazırda İran hakimiyyəti ilə məsləhətləşmələr və görüşlər keçirməkdə maraqlı olmadığını bildirib.
Almaz Həsənli


















































































