Tramp özünü ABŞ-ın ən böyük prezidenti adlandırıb
ABŞ prezidenti Donald Tramp Amerika prezidentlərinin reytinqini paylaşıb və orada "The Greatest" ("Ən böyük") kateqoriyasında yeganə şəxs olub. Oxuməni.az xəbər verir ki, o, bu cədvəli "Truth Social" platformasında dərc edib.
O, Avraam Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Ceksonu "Böyüklər" sırasına daxil edib.
“Uğursuzlar" siyahısında isə Trampın hər iki sələfi — Co Bayden və Barak Obama, həmçinin Uliss Qrant, Uorren Hardinq və Cimmi Karter yer alıb.
Almaz Həsənli
Digər xəbərlər


















































































