Səudiyyə Ərəbistanını qum fırtınası bürüdü
Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Peyğəmbər məscidinə gələn ziyarətçilər qəfil başlayan güclü qum fırtınasının şahidi olublar. Qum fırtınası nəticəində ətraf bir andaca görünməz oldu və ziyarətçilər vahimə içində qaçaraq gizlənməyə yer axtarmağa məcbur oldular. Oxuməni.az xəbər verir ki, bu barədə yerli telekanalların məlumatında deyilir.
Qeyd edilir ki, Səudiyyə Ərəbistanının Mədinədə Peyğəmbər məscidində (Məscid ən-Nəbəvi) qəfil güclü qum fırtınası ziyarətçilər üçün çətin anlar yaşatdı. Səhra iqlimi səbəbindən qəfil toz buludu ətrafı görünməz etdi.
Müqəddəs torpaqlarda baş verən bu təbii hadisə yerli sakinlərin mobil telefon kameralarına çəkilib. Güclü külək və qalın toz təbəqəsi heç nəyi görməyi qeyri-mümkün etdi və hakimiyyət orqanları fırtınadan sonra ərazidə təhlükəsizlik və təmizlik işlərini gücləndirdi.
Əziz Mustafa







































































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)








