Tramp fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp «enerji sisteminə təhdidlər» səbəbindən fövqəladə vəziyyət elan edilməsi və bu sistemdə bir sıra xarici texniki vasitələrin istifadəsinin məhdudlaşdırılması haqqında fərman imzalayıb. Oxuməni az xəbər verir ki, sənəd Ağ Evin rəsmi saytında dərc olunub.
«Hesab edirəm ki, enerji sistemləri üçün xaricdən elektrik avadanlıqlarının tədarükü ilə bağlı vəziyyət ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına qeyri-adi və fövqəladə təhlükə yaradır. Bu təhlükə tamamilə və ya əhəmiyyətli dərəcədə ABŞ hüdudlarından kənardan qaynaqlanır. Buna görə də sözügedən təhlükə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edirəm», — fərmanda deyilir.
Sənəddə qeyd olunur ki, mövcud təhlükənin qarşısını almaq üçün hakimiyyət orqanları əlavə tədbirlər görməlidir. Qəbul ediləcək qərarlar ölkədə istifadə olunan elektrik avadanlıqlarının təhlükəsizliyinin, bütövlüyünün və etibarlılığının qorunmasına yönəldilməlidir.
Trampın fərmanına əsasən, ABŞ-da digər ölkələrdə istehsal olunan müəyyən növ elektrik avadanlıqlarının satın alınmasına və quraşdırılmasına qadağa qoyulub. Qadağa həmçinin ABŞ-ın enerji şəbəkəsindəki zəifliklərdən kiber hücumlar üçün istifadə edə biləcək xarici mənşəli kritik proqram təminatına və rəqəmsal komponentlərə də şamil edilir.
Sənəddən məlum olur ki, qadağa yüksək gərginlikli transformatorlara və «ağıllı elektron cihazlara» da şamil olunub. Bundan əlavə, siyahıya generatorlar, günəş və akkumulyator sistemləri üçün invertorlar və bir sıra digər qurğular daxil edilib.
Almaz Həsənli

























































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)






















