Robert Köçəryan iki aylıq həbs edilib
Ermənistan məhkəməsi ölkənin keçmiş prezidenti Robert Köçəryan barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.
Qərarı hakim Sarkis Dadoyan qəbul edib. Hazırda Köçəryan səhhətinin pisləşməsindən sonra səhər saatlarında çatdırıldığı xəstəxanadadır.
İstintaq eks-prezidenti hakimiyyətdə olduğu dövrdə vəzifə səlahiyyətlərindən istifadə edərək və digər şəxslərlə əlbir olaraq, bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar qiymətindən aşağı qiymətə əldə etməkdə ittiham edir. İstintaq onun 2004-2009-cu illəri əhatə edən prezidentlik dövrünü araşdırır. Eyni zamanda, hüquq-mühafizə orqanları onlarla ünvanda axtarış aparıb və iri kommersiya obyektlərini möhürləyib.
Daha əvvəl, avqustun 25-də məhkəmə Ermənistanın keçmiş prezidentinin böyük oğlu Sedrak Köçəryanı da iki ay müddətinə həbs etmişdi.
Almaz Həsənli
















































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)































