Dünyanın üç milyarderi yaxtada bir araya gəliblər, sirli görüş böyük maraq doğurub
Dünyanın aparıcı milyarderləri biznes mərkəzində deyil, Adriatik dənizinin ortasındakı lüks yaxtada görüşüblər. Ceff Bezos, Yan Koum və Barri Dillerin Xorvatiya sahillərində eyni superyaxtada görüşməsi böyük maraq doğurub. Oxuməni.az xəbər verir ki, bu barədə Reutersin məlumatında deyilir.
Dünyanın ən varlı iş adamlarından biri olan Ceff Bezos, Yan Koum və Barri Diller Xorvatiya sahillərində lüks superyaxtada görüşdülər. Ümumi sərvəti təxminən 292,5 milyard dollar olan üç kişinin görüşünün səbəbi açıqlanmayıb.
Koumun təxminən 100 metr uzunluğundakı superyaxtası Moonrise Mljet adasında lövbər salıb. Üç iş adamı arasındakı görüş tez bir zamanda diqqəti cəlb etsə də, danışıqların məqsədi barədə heç bir məlumat verilməyib.
Forbes-in 25 avqust 2026-cı il tarixinə olan real vaxt məlumatlarına görə, Jeff Bezosun xalis sərvəti təxminən 269,7 milyard dollardır.
WhatsApp-ın həmtəsisçisi Jan Koumun sərvəti təxminən 16,7 milyard dollar, media maqnatı Barry Dillerin sərvəti isə 6,1 milyard dollardır. Bu, üçünün ümumi sərvətini təxminən 292,5 milyard dollara çatdırır.
Üç milyarderin görüşdüyü "Moonrise" yaxtası dəbdəbəli xüsusiyyətləri ilə diqqət çəkir. Təxminən 100 metr uzunluğundakı superyaxta 16 qonaq və 32 nəfərlik heyət qəbul edə bilər.
Əziz MUSTAFA













































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)



































