ABŞ Moskvaya Alyans ölkələrinə, xüsusən də Baltikyanı ölkələrə hücum etməmək barədə xəbərdarlıq edib

ABŞ Moskvaya Alyans ölkələrinə, xüsusən də Baltikyanı ölkələrə hücum etməmək barədə xəbərdarlıq edib

07:53
Bəyəndim (0) Bəyənmədim (0)


Moskvaya elan edilməmiş səfəri zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Rusiya rəhbərliyinə NATO ölkələrinə hücum etməmək barədə xəbərdarlıq edib. Oxuməni.az xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən The Wall Street Journal və Politico məlumat yayıb.
Retkliff xüsusilə Moskvaya Rusiya ilə həmsərhəd olan Alyans ölkələrinə - Estoniya, Latviya və Litvaya qarşı mümkün hərəkətlərə qarşı xəbərdarlıq edib.

Daha əvvəl Wall Street Journal ABŞ kəşfiyyatına istinadən Rusiya prezidenti Vladimir Putinin yeni üzv dövlətlərdən birinə hücumla "alyansın gücünü sınamaq niyyətində olduğunu yazmışdı. MKİ direktorunun Rusiyaya səfəri əvvəlcədən elan edilməmişdi. Vaşinqton və Moskva danışıqların gündəliyini və nəticələrini açıqlamamışdılar. Öz növbəsində Kreml sözçüsü Putinin Ratklifflə görüşmədiyini bildirib.

Bu, MKİ direktorunun böyük bir böhran ərəfəsində ilk səfəri deyil. 2021-ci ilin noyabr ayında MKİ direktoru Uilyam Börns Kremli Ukraynaya müdaxilə etməmək barədə xəbərdar etmək üçün Moskvaya səfər etdi. Dörd aydan sonra Rusiya tammiqyaslı müharibəyə başladı.

Əziz MUSTAFA