Rusiya Kıyevə ballistik raketlərlə zərbələr endirib, şəhərdə partlayışlar eşidilib
27 avqust gecəsi Hərbi Hava Qüvvələri Çerniqov bölgəsindən Kiyevə doğru ballistik raketin hərəkət etməsi barədə xəbərdarlıq etdi. Tezliklə şəhərdə bir sıra partlayışlar eşidildi.
Bu barədə Oxuməni.az Ukrayna Hərbi Hava Qüvvələrinə və Kiyev Hərbi Dairəsinə istinadən məlumat verib.
Kiyevdə hava hücumu siqnalı səsləndi. Ukrayna Hərbi Hava Qüvvələri əvvəlcə Çerniqov bölgəsində Kiyevə doğru ballistik raketin hərəkət etməsi barədə xəbərdarlıq etdi və tezliklə paytaxta doğru başqa bir raketin hərəkət etməsi barədə məlumat verdi. Daha sonra şəhərdə bir sıra partlayışlar eşidildi.
Kiyev MVA paytaxtın Podolski rayonunda dağıntıların olduğunu bildirdi. Tələfat və ziyan barədə məlumatlar dəqiqləşdirilir.
Kiyev MVA raket zərbələrindən sonra Kiyevin Şevçenkivski rayonundakı təhsil müəssisəsinin dağıldığını bildirib.
Əziz MUSTAFA



































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)













































