Rusiyanı məhv olmaqdan xilas etməyin yolu tapılıb: Hər ailədə 2-3 uşaq olmalıdır

Rusiyanı məhv olmaqdan xilas etməyin yolu tapılıb: Hər ailədə 2-3 uşaq olmalıdır

20:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada demoqrafik böhranın qarşısını almaq üçün ailələrin ən azı iki uşağı olmalıdır. Oxuməni.az xəbər verir ki, bu barədə Qeyri-kommersiya təşkilatı Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov bildirib.

Tarixdə ilk dəfə olaraq qlobal doğum nisbəti zəruri olan səviyyədən aşağı düşüb. Krupnov qeyd edib ki, demoqrafik azalma baş verdikdə dövlətin yox olması başlayır.

"Ümumi doğum nisbəti qadın başına düşən şərti uşaq sayıdır. Bu nisbət təxminən 2,15-dən aşağı düşdükdə, millətin yox olma təhlükəsi artır. Rusiyada da oxşar vəziyyət 1964-cü ildə baş verib. Bu mənada, o vaxtdan bəri yox olmağa doğru gedirik. Belə getsə əsrin sonuna qədər bizim yarısımız — 70 milyon qalacaq”, - deyə ekspert izah etdi.

Krupnov demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün aydın tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Yeganə yol 1,4-dən 2,5-ə keçməkdir ki, orta hesabla bir ailənin üç və ya daha çox uşağı olsun. Düzgün iqtisadi və sosial tədbirlər görülərsə, bunun üçün Rusiyaya 25-30 il lazım olacaq.

Eyni zamanda, ekspert etiraf etdi ki, bütün bəşəriyyət 10 il ərzində məhv olma mərhələsinə qədəm qoyacaq və hətta Afrika və Cənubi Asiya da “kömək etməyəcək”.

Əziz MUSTAFA