İran ABŞ kəşfiyyatına milyardlarla dollar ziyan vurub

İran ABŞ kəşfiyyatına milyardlarla dollar ziyan vurub

14:32
Bəyəndim (1) Bəyənmədim (0)

İran ABŞ-ın kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub. Oxuməni. az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Yaxın Şərqdəki binalara və müşahidə avadanlıqlarına edilən hücumlar Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) və digər Amerika kəşfiyyat qurumlarına görünməmiş dərəcədə ziyan vurub.

Məsələ ilə tanış olan dörd nəfərin sözlərinə görə, İranın Yaxın Şərqdəki Amerika kəşfiyyat məntəqələrinə və müşahidə avadanlıqlarına endirdiyi raket və dron zərbələri ABŞ kəşfiyyat orqanlarının indiyədək məruz qaldığı bütün dağıntıları üstələyib və onun bərpası üçün milyardlarla dollar tələb olunacaq.

Almaz Həsənli