Suriyalı kürdlər qüvvələrin buraxıldığını elan ediblər

Suriyalı kürdlər qüvvələrin buraxıldığını elan ediblər

11:35
Bəyəndim (1) Bəyənmədim (0)

Suriyadakı kürd silahlı birləşmələri buraxıldıqlarını və ölkənin dövlət institutlarına tam inteqrasiya olunacaqlarını bəyan ediblər. Oxuməni az xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, bunu Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Məzlum Abdi avqustun 25-də Dəməşqdə ölkənin keçid hökumətinin nümayəndələri ilə görüşlər zamanı bildirib.

Onun sözlərinə görə, respublikanın keçid hökuməti kürd əhalisinin məktəblərdə ana dilində təhsil almaq hüququnu qoruyub saxlayıb. Daha əvvəl Dəməşq və SDQ Fərat çayının şərqində yerləşən neft-qaz regionunun hökumətin nəzarətinə keçməsi müqabilində kürd silahlı birləşmələrinin mərhələli şəkildə vahid ordunun tərkibinə daxil edilməsi və kürdlərin mədəni hüquqlarının tanınması barədə razılığa gəlmişdilər. Xatırladaq ki, suriyalı kürdlər vətəndaş müharibəsi fonunda 2012-ci ildə muxtar administrasiya yaradıblar.

Həmin gün Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa Abdi və nümayəndə heyətini Dəməşqdəki Xalq Sarayında qəbul edib və kürdlərin inteqrasiyası ilə bağlı qalan məsələləri müzakirə edib.

Qeyd edək ki, SDQ həmçinin qadağan olunmuş «İslam Dövləti» qruplaşmasına qarşı döyüşlərdə iştirak edib. Yeni razılaşma kürd birləşmələri ilə Dəməşq arasında uzun illər davam edən qarşıdurmaya son qoymalıdır.

Almaz Həsənli