Ermənistanın eks-prezidenti Robert Köçəryan və oğlu saxlanılıb
Ermənistanın eks-prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılıblar. Oxuməni.az xəbər verir ki, bu barədə "Novosti-Armeniya" agentliyinə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Daha əvvəl komitədən Ermənistan KİV-lərinə bildirilib ki, korrupsiya xarakterli cinayət işləri çərçivəsində bir neçə onlarla ünvanda axtarışlar aparılır.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları çərşənbə axşamı səhər saatlarından etibarən ölkənin keçmiş prezidenti Robert Köçəryanın və onun oğlu – parlamentin deputatı, müxalif "Ermənistan" fraksiyasının üzvü Levon Köçəryanın evlərində axtarış aparırlar.
KİV-in məlumatına görə, güc strukturlarının əməkdaşları Köçəryan ailəsi ilə əlaqəli olan "Orange Fitness" idman mərkəzində də axtarışlar aparırlar.
Ötən bazar ertəsi parlamentdə Ermənistanın baş naziri Nikol Paşinyan Levon Köçəryana müraciət edərək, onların ailəsinin əmlakından məhrum ediləcəyini bəyan edib.
Parlamentin deputatı Anna Qriqoryan jurnalistlərə bildirib ki, Levon Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Ermənistan KİV-lərinin məlumatına görə, səhər saatlarından etibarən vergi orqanları "Toyota" şirkətinin İrəvan nümayəndəliyini möhürləyib; həmin şirkətin səhmdarlarından biri Köçəryanın böyük oğlu Sedrak Köçəryandır.
Daha əvvəl, bazar ertəsi günü Robert Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığı məlum olmuşdu.
Almaz Həsənli


























































.jpg)
.jpg)
.jpg)




.jpg)

.jpg)


.jpg)

.jpg)
.jpg)









