Rusiya hərbçiləri səfərbərliyə hazırlıq üzrə təlimlər keçirir

Rusiya hərbçiləri səfərbərliyə hazırlıq üzrə təlimlər keçirir

14:06
Bəyəndim (1) Bəyənmədim (0)

İyul ayında Kalininqrad vilayətində səfərbərlik zamanı görüləcək tədbirlərin məşq edildiyi hərbi təlimlər keçirilib. Oxuməni. az xəbər verir ki, bu barədə The Wall Street Journal Qərb kəşfiyyat xidmətlərinin nümayəndələrinə istinadən yazır.

Nəşrin mənbələrinin məlumatına görə, təlimlər zamanı hərbçilər, xüsusilə regionda səfərbərlik tədbirlərinin keçirilməsinə hazırlığı, eləcə də səfərbər olunan şəxslərin yerləşdirilməsi, onların ərzaq və digər təminatla, həmçinin silahla təmin olunması imkanlarını yoxlayıblar.

Qərb xüsusi xidmət orqanlarının nümayəndələri bildiriblər ki, Rusiyanın digər regionlarında da analoji təlimlər keçirilir. Lakin onların konkret olaraq hansı regionlarda keçirildiyi açıqlanmır.

WSJ-nin mənbələri vurğulayıblar ki, söhbət məhz hakimiyyətin yeni səfərbərlik dalğası elan etmək qərarı verəcəyi ehtimala hazırlıqdan gedir. Onların sözlərinə görə, hələlik belə bir qərar qəbul edilməyib və sentyabrda keçiriləcək parlament seçkilərindən əvvəl səfərbərliyin elan ediləcəyi ehtimalı azdır.

Bununla yanaşı, qəzetin danışdığı ekspertlər qeyd edirlər ki, Rusiya hakimiyyəti payızda səfərbərlik elan edərsə, bunun praktiki təsirinin necə olacağı aydın deyil. Onların sözlərinə görə, qış aylarında mürəkkəb hava şəraiti səbəbindən döyüş əməliyyatlarının tempi zəifləyir.

Lakin Karnegi Fondunun analitiki Maykl Kofmanın fikrincə, səfərbərliyin yeni dalğası artıq 2027-ci ildə cəbhədəki vəziyyətə təsir göstərə bilər.

Almaz Həsənli