Ermənistan yaxın vaxtlarda Aİ-yə üzv olmaq üçün müraciət edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın yaxın vaxtlarda Avropa İttifaqına üzv olmaq üçün müraciət prosesinə başlamaq niyyətində olduğunu bəyan edib. Oxuməni.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən bir daha bildirib ki, məsələnin müzakirəsi həlledici nöqtəyə çatdıqda və yol xəritəsinin hazırlanmasına başlamaq mümkün olduqda referendumun keçirilməsi məntiqlidir. "Bu suallara cavab vermək üçün Ermənistan, ilk növbədə, Aİ-yə üzvlüklə bağlı rəsmi sorğu təqdim etməlidir. Bu, böyük həcmdə iş tələb edən bir prosesdir və biz yaxın vaxtlarda, ən azı Aİİ-dəki həmkarlarımızın çağırışına qulaq asaraq, bu prosesə başlayacağıq", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, Ermənistan parlamenti 26 mart 2025-ci il tarixində respublikanın Aİ-yə daxilolma prosesinin başlanması haqqında qanun qəbul edib. Avqustun 11-də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib ki, Ermənistan cari ilin dekabr ayına qədər, yəni Aİİ-yə üzv dövlətlərin başçılarının görüşündə İrəvanla bağlı mümkün gələcək addımların müzakirə olunacağı vaxta qədər Aİ-yə üzv olmaq və ya Aİİ-də üzvlüyü saxlamaq barədə ümumxalq referendumu keçirmək qərarına gəlməlidir.
Almaz Həsənli






























.jpg)
.jpg)
.jpg)




.jpg)

.jpg)


.jpg)

.jpg)
.jpg)
























.jpg)












