Kiyev ABŞ-ın Ukraynanın şərtləri ilə müharibəni dayandırmağa kömək edə biləcəyinə ümid edir
Ukrayna Müdafiə Naziri ABŞ senatoru Riçard Blumental ilə görüşdə ABŞ-ın Ukraynanın şərtləri ilə müharibəni dayandırmağa kömək edə biləcəyini bildirdi.
ABŞ senatoru Riçard Blumental ilə görüşdə Ukrayna Müdafiə Naziri Yevgen Xmara ABŞ-ın dəstəyinin ukraynalıları qorumaq üçün vacib olduğunu və Vaşinqtonun Ukraynanın şərtləri ilə müharibəni dayandırmağa kömək edə biləcəyini söyləyib. Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatının yaydığı məlumatda deyilir.
"ABŞ-ın dəstəyi xalqımızın qorunması üçün çox vacibdir. ABŞ bu müharibəni Ukraynanın şərtləri ilə dayandırmağa kömək edə bilər", - deyə Xmara bildirib.
Görüş zamanı tərəflər həmçinin Ukrayna ilə ABŞ arasında uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Müdafiə naziri ABŞ senatoruna cəbhədəki vəziyyət, mövcud təhdidlər və Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizənin effektivliyini artırmaq üçün həyata keçirdiyi dəyişikliklər barədə məlumat verib. Görüşdə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müavini vəzifəsini icra edən briqada generalı Sergey Sobko da iştirak edib.
Xmara vurğulayıb ki, Ukrayna müasir döyüş meydanında sürətli dəyişikliklərə uyğunlaşmaq və tez bir zamanda tətbiq olunan həllər yaratmaq təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır.
Müdafiə Nazirliyinin rəhbəri ayrıca olaraq Rusiyanın maliyyə imkanlarını daha da məhdudlaşdırmağın vacibliyini vurğulayıb.
"Bu, təcavüzkarın müharibəni davam etdirmək qabiliyyətinə birbaşa təsir göstərir", - deyə o qeyd edib.
Xmara həmçinin Blumental, Konqres, ABŞ administrasiyası və Amerika xalqına Ukraynaya dəstəklərinə görə təşəkkür edib.
Xatırladaq ki, Prezident Vladimir Zelenski Kiyevdə keçirilən G8 sammiti zamanı bildirib ki, Ukrayna 2027-ci ilin əvvəlinə qədər Silahlı Qüvvələri lazımi silahlarla təmin etmək və mülki əhalinin, xüsusən də hava hücumundan müdafiə sistemləri ilə qorunmasını gücləndirmək üçün hazırda 8-10 milyard dollar tapmalıdır.
Əziz Mustafa




























.jpg)
.jpg)
.jpg)




.jpg)

.jpg)


.jpg)

.jpg)
.jpg)
























.jpg)














