Qətər ABŞ-dan 4,5 milyard dollara KC-46A təyyarələri alacaq

Qətər ABŞ-dan 4,5 milyard dollara KC-46A təyyarələri alacaq

16:06
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Qətərə 4,5 milyard dollarlıq dörd ədəd KC-46A təyyarəsinin və əlaqəli avadanlıqların mümkün satışını təsdiqləyib.

Oxuməni. az-ın verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.

Dövlət Departamentinin bəyanatına əsasən, xarici hərbi satış proqramı (FMS) çərçivəsində potensial sövdələşmə dördədək KC-46A təyyarəsinin, səkkiz ədəd PW4062 turbofan mühərrikinin, radar xəbərdarlıq qəbuledicilərinin, 15 ədəd Guardian Lazer Transmitter Assembly dəstinin və 8 ədəd LAIRCM sistem prosessorunun tədarükünü nəzərdə tutur.

Sövdələşmənin həyata keçirilməsi üçün ABŞ Konqresinin təsdiqi tələb olunur.

Amerika qurumu bildirib ki, bu sövdələşmə Qətərin regional təhlükəsizliyin təmin edilməsində strateji rolunu gücləndirəcək və eyni zamanda "regionda əsas hərbi balansı dəyişməyəcək".

Almaz Həsənli