Aişə Vahab ABŞ Konqresində ilk əfqan əsilli amerikalı oldu
Kaliforniya ştatının senatoru Aişə Vahab növbədənkənar seçkilərdə qalib gələrək, 14-cü seçki dairəsini təmsil edən keçmiş konqresmen Erik Suolvellin yerini tutacaq. O, yanvar ayına qədər səlahiyyətlərini icra edəcək, bundan sonra noyabrda tam ikiillik müddət üçün seçkilər keçiriləcək.
Oxuməni. az xəbər verir ki, Vahab ABŞ Konqresinə seçilən ilk əfqan əsilli amerikalı oldu. Demokratlar Partiyasının mütərəqqi qanadının nümayəndəsi olan Vahab, rəqibini dəstəkləyən kənar təşkilatların böyük xərclərinə baxmayaraq, "Bay Area Rapid Transit"in direktoru Melisa Ernandesə qalib gəlib.
Suolvell Kaliforniya qubernatoru postu uğrunda kampaniyasına son qoyduqdan sonra aprel ayında Konqresi tərk etmişdi. Daha əvvəl o, cinsi zorakılıq və təcavüzdə ittiham olunsa da, bu ittihamları rədd etmişdi.
Vahab seçki nəticələrinin onun dairəsinin "satıla bilməz" olduğunu sübut etdiyini bildirib. "Mən böyüdüyüm bu dairə uğrunda mübarizə aparacağam", - deyən Vahab, himayədar ailədən Konqresə qədər uzanan həyat yolunu vurğulayıb.
Daha əvvəl Vahab Kaliforniya ştatının Senatına seçilən ilk müsəlman və əfqan əsilli amerikalı olmuşdu. O, Konqres seçkilərinə mütərəqqi platforma ilə gedərək, fələstinlilərin hüquqlarını dəstəkləyib. İsrailpərəst mövqe tutan Ernandes isə Amerika-İsrail İctimai Əlaqələr Komitəsindən (AIPAC) ciddi maliyyə dəstəyi alıb — AIPAC-a yaxın strukturlar onun kampaniyasını dəstəkləmək və Vahaba qarşı milyonlarla dollar xərcləyib.
Aişə Vahab Nyu-Yorkda əfqan qaçqın ailəsində anadan olub və himayədar ailədə böyüyüb. Konqresə seçilməzdən əvvəl o, Heyvord şəhər şurasında və Kaliforniya ştatının Senatında çalışıb.
Almaz Həsənli
.jpg)












.jpg)
.jpg)













.jpg)






















































