Paşinyan Ermənistanın Rusiyadakı səfirini geri çağırır
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanın geri çağırılması barədə qərar qəbul edib. Oxuməni. az xəbər verir ki, bu barədə Ermənistanın «Joqovurd» qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, qərarın səbəbi səfirin diplomatik fəaliyyətindən narazılıqdır. Hazırda Arsenyanı kimin əvəz edəcəyi məlum deyil.
«Joqovurd»un mənbələri vurğulayıblar ki, bu qərar qətidir və yenidən nəzərdən keçirilməyəcək.
Arsenyan 2024-cü ilin avqustunda Ermənistanın Rusiyadakı səfiri təyin olunub. O, bu vəzifədə Vaqarşak Harutyunyanı əvəz edib. Bundan əvvəl Arsenyan parlamentdə hakim «Vətəndaş müqaviləsi» fraksiyasından deputat olub.
Xatırladaq ki, iyul ayında Rusiyanın Kənd Təsərrüfatı Nəzarəti Xidməti («Rosselxoznadzor») Ermənistandan süd məhsullarının Rusiya bazarına daxil olmasına icazə verməyib. Bundan qısa müddət əvvəl isə Ermənistandan albalı və üzüm idxalına məhdudiyyətlər tətbiq edilmiş, həmçinin Rusiyaya ixrac üçün diri balıqların sertifikatlaşdırılması dayandırılmışdı. Qurum, həmçinin kartof və quru meyvələrin idxalını məhdudlaşdırıb.
Almaz Həsənli
.jpg)











.jpg)













.jpg)
























































