Tramp İranla sazişin çətinliyini bu ölkənin rəhbərliyinin məhv olması ilə əlaqələndirib
ABŞ prezidenti Donald Tramp İranla sülh sazişinin əldə olunmasındakı çətinlikləri İranın yüksək vəzifəli rəhbərliyindəki itkilərlə əlaqələndirib. Oxuməni. az xəbər verir ki, bu barədə prezident Donald Tramp "77 WABC" radio stansiyasının efirində Maykl Koenə verdiyi müsahibədə bildirib.
O, həmçinin əlavə edib ki, Vaşinqtonun məqsədi Tehranın nüvə silahı əldə etməsinə imkan verməməkdir.
"İranla hər şeyimiz çox yaxşıdır. ... (İranın — red.) Hərbi Dəniz və Hərbi Hava Qüvvələri artıq yoxdur, rəhbərlik yoxdur. ... Problemin bir hissəsi ondadır ki, bir çox liderlər artıq həyatda deyil. Saziş bağlamaq asan deyil. Hazırda kimin rəhbərlik etdiyini heç kim bilmir", - deyə ABŞ prezidenti bildirib.
Bir gün əvvəl Amerika prezidenti İranı saziş bağlamağa məcbur etmək üçün "iqtisadi əməliyyat" elan edib. Cənab Tramp, həmçinin İrana "hər hansı bir xilasedici dairə" təqdim edən istənilən ölkəni "ağır nəticələrlə" hədələyib.
Almaz Həsənli
.jpg)
























.jpg)

























































