Britaniyada 2016-cı ildən bu yana rekord səviyyədə deportasiya qeydə alınıb
Britaniyanın Daxili İşlər Nazirliyi 2016-cı ildən bu yana ölkədə rekord səviyyədə deportasiya qeydə alındığını bildirib. Söhbət təxminən yüz min nəfərdən gedir.
Oxuməni.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. Hökumətin bildirdiyinə görə, 2024-cü il seçkilərindən bəri Britaniyadan 80 mindən çox insan qovulub ki, bu da seçkidən əvvəlki iki illə müqayisədə 52% çoxdur. Daxili İşlər Nazirliyi deportasiya olunanlar arasında aşağıdakıların olduğunu bildirib:
- xarici cinayətkarlar;
- immiqrasiya qanunlarını pozan şəxslər;
- Britaniyada qeyri-qanuni olan insanlar.
- Bildirilir ki, deportasiyaların sayı 2016-cı ildən bəri ən yüksək həddə çatıb.Deportasiyaların ümumi sayından:
- 24 471 nəfər sığınacaqla bağlı geri qaytarılıb;
- 6103 - kiçik qayıqlarla gələn miqrantlar;
- 11 733 nəfər qanun pozuntusu törətmiş xarici vətəndaşlardır.
Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, bu statik məlumatlar açıq siqnaldır - London qanuni gələnləri məmnuniyyətlə qarşılayır və qeyri-qanuni gələnləri və ya qanunları pozanları geri göndərir.
"Mən bilirəm ki, daha çox iş görülməlidir. Buna görə də biz ölkədə qeyri-qanuni yollarla hərəkətləri sürətləndirmək üçün yeni qanunvericiliyə təkan veririk və 2028-ci ilə qədər immiqrasiya mühafizə qruplarımız üçün maliyyəni ikiqat artırırıq" dedi.
Əziz MUSTAFA
























.jpg)


























































