Münhendə polis 14 yaşlı Türkiyə vətəndaşını güllələyib
Almaniyanın Münhen şəhərində silaha bənzər əşya daşıdığı bildirilən bir gənc hadisə yerinə gələn mülki polis əməkdaşları tərəfindən ağır yaralanıb. Oxuməni.az xəbər verir bu barədə Münhen polis idarəsinin məlumatında deyilir. Polis iddia edir ki, xəbərdarlıqlara baxmayaraq, gənc oğlan peyntbol silahını onlara tuşlayıb, prokurorlar isə hadisə ilə bağlı ilkin araşdırmaya başlayıblar. Atəş açan zabit hazırda "şahid" kimi qəbul edilir və yaralı şəxs polis əməkdaşlarını təhdid etdiyinə görə araşdırılır.
Münhenin Şvabinq rayonunda, Belqradska küçəsində, yerli sakinlərin "silaha bənzər əşya daşıyan bir gənc" xəbərinə cavab verən mülki polis əməkdaşları gənci güllələyərək yaralayıb. Ağır yaralanan gəncin əməliyyat olunduğu və vəziyyətinin sabit olduğu bildirilir.
Polis mənbələri iddia edir ki, "gənc oğlan sanki silahı doldururmuş kimi hərəkətlər edib və xəbərdarlıqlara baxmayaraq, onu qaldırıb onlara tuşlayıb". Polis bildirib ki, gəncin əlindəki pnevmatik tapançanı uzaqdan əsl tapançadan ayırd etmək olduqca çətindir. Prokurorluq hadisə ilə bağlı ilkin araşdırmaya başlayıb. Məlumata görə, kişini vuran zabit istintaqın bu mərhələsində "şahid" kimi qəbul edilir.
Yaralı gənc polis əməkdaşlarını təhdid etdiyinə görə də istintaq altındadır. Gəncin 2023-cü ildə ailəsi ilə birlikdə Almaniyaya gəldiyi və sığınacaq müraciətinin rədd edildiyi bildirilir.
Əziz Mustafa





















.jpg)





























































