ABŞ üzərində təyyarə ilə toqquşduqdan sonra vertolyot qəzaya uğrayıb
Bell 407 vertolyotu ABŞ-ın Pensilvaniya ştatı üzərində iki nəfərlik Cessna 150 ilə toqquşduqdan sonra qəzaya uğrayıb. Oxuməni.az xəbər verir ki, bu barədə The Sun nəşrinin məlumatında deyilir.
Hadisənin 20 avqustda Kamberlend dairəsindəki Karlayl hava limanı yaxınlığında baş verdiyi bildirilir. Hər iki təyyarə qəzaya uğrayıb, lakin videoda yalnız patrul zabitləri tərəfindən əhatə olunmuş vertolyot qeydə alınıb. Pilot sağ qalmayıb və vertolyotdakı digər iki nəfər yaralanıb.
Daha əvvəl ABŞ-da Piper J3C-65 yüngül təyyarəsi lüks malikanənin damına çırpılıb. Ev sahibi qəza zamanı yataqda olub.
Əziz Mustafa
Digər xəbərlər





















.jpg)





























































