Ermənistan Konstitusiyasının dəyişdirilməsi planları məlum olub

Ermənistan Konstitusiyasının dəyişdirilməsi planları məlum olub

15:20
Bəyəndim (1) Bəyənmədim (0)

İrəvan yeni Konstitusiya qəbul etməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın inkişaf proqramında məlumat verilir. Müvafiq layihə ölkənin vahid elektron hökumət portalında dərc olunub.

Ermənistan hakimiyyəti konstitusiya islahatını müzakirə mərhələsindən praktiki müstəviyə keçirmək, layihənin hazırlanmasını başa çatdırmaq və daha sonra onun ictimai müzakirəsinə başlamaq niyyətindədir. Bundan sonra sənədin ümumxalq referendumuna çıxarılması mümkündür.

Eyni proqramda Ermənistan hökuməti qarşıdakı beş il üçün ölkənin xarici siyasət prioritetlərini də müəyyənləşdirib. Buna əsasən, İrəvan Türkiyə, Avropa İttifaqı (Aİ) və ABŞ-la əməkdaşlığı daha da dərinləşdirməyi planlaşdırır.

Proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işi davam etdirmək niyyətindədir. Dövlət sərhədinin delimitasiyası və demarkasiyasının da davam etdirilməsi planlaşdırılır.

Bundan əlavə, İrəvan iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələri fəallaşdırmaq, Ermənistan və Azərbaycan biznesləri arasında əlaqələri inkişaf etdirmək və ikitərəfli ticarətin həcmini artırmaq niyyətindədir.

Almaz Həsənli