Gürcüstanda işsizlik səviyyəsi azalmaqda davam edir
Gürcüstanda 2026-cı ilin ikinci rübündə işsizlik səviyyəsi 13,8%-ə enib. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidmətinin ("Sakstat") məlumatında deyilir.
İllik ifadədə göstərici 0,5 faiz bəndi azalıb. 2026-cı ilin birinci rübündə işsizlik səviyyəsi 14,4%, 2025 və 2024-cü illərdə 13,9%, 2023-cü ildə 16,4%, 2022-ci ildə 17,3%, 2021-ci ildə isə 20,6% təşkil edib.
Məşğulluq dinamikası yaşayış məntəqələrinin tipindən asılı olaraq dəyişir. Şəhərlərdə işsizlik 1,7 faiz bəndi azalaraq 14,7%-ə düşdüyü halda, kənd yerlərində 1,3 faiz bəndi artaraq 12,6% təşkil edib.
Kişilər arasında işsizlik qadınlara nisbətən daha yüksəkdir – müvafiq olaraq 15,7% və 11,3%. Bununla yanaşı, əhalinin ümumi iqtisadi fəallığı 53,3%-ə enib: qadınların iqtisadi fəallığı 42,2%-ə düşüb, kişilərin fəallığı isə bir qədər artaraq 66,3% təşkil edib.
Cari ilin ikinci rübündə muzdlu işçilərin ümumi məşğul əhali arasında payı dəyişməyib və 69% səviyyəsində qalıb.
Statistika idarəsindən o da bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə fəallıq səviyyəsi şəhərlərdə 0,8 faiz bəndi, kəndlərdə isə 0,7 faiz bəndi azalıb. Eyni zamanda, ölkə üzrə ümumi məşğulluq səviyyəsi 0,4 faiz bəndi azalaraq 46% təşkil edib.
Almaz Həsənli



















































































