İran Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirə bilər
İran hakimiyyəti Avropada yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Qəzetin mənbələrinə görə, ABŞ İrana qarşı təzyiqləri artıracağı təqdirdə, İran bu addımı ata bilər. Avqustun 18-də Donald Tramp Tehranla danışıqların uğursuzluqla nəticələndiyini təsdiqləyib ki, bu da ekspertlərin fikrincə, bir çoxlarını çıxılmaz vəziyyətdə qoyub.
FT-nin yazdığına görə, İran ilkin potensial hədəflər kimi ABŞ-ın Bolqarıstan və Kipr ərazisindəki hərbi obyektlərini nəzərdən keçirir. Daha əvvəl İran qüvvələri Hörmüz boğazındakı sualtı fiber-optik kabellərə hücum imkanlarını da nəzərdən keçirmişdi.
Mənbələr bildirir ki, Tehran "Tramp İranın infrastrukturuna hücum etmək hədələrini yerinə yetirəcəyi təqdirdə, daha aktiv hərəkətlərə keçə bilər". Onlar qeyd edirlər ki, İran ABŞ-ın hərbi əməliyyatlarına verəcəyi cavab üçün "heç bir məhdudiyyət" qoymayacaq.
İranın Xarici İşlər Nazirliyi bu xəbərlərlə bağlı hələlik heç bir şərh verməyib.
Almaz Həsənli



















































































