BƏƏ İranla bütün ticarət əlaqələrini dayandırıb

BƏƏ İranla bütün ticarət əlaqələrini dayandırıb

11:17
Bəyəndim (1) Bəyənmədim (0)

Əbu-Dabi İranla ticarət, kommersiya və maliyyə əməliyyatlarını dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyi məlumat yayıb.

Xanım Əl-Hameli qərarın Yaxın Şərqdə sülh və təhlükəsizliyə təhdid yaradan gərginlik səbəbindən verildiyini bildirib. O, əlavə edib ki, bütün maliyyə əməliyyatları növbəti xəbərdarlığa qədər dondurulacaq.

Bir gün əvvəl BƏƏ hakimiyyəti İranın ölkəyə ballistik raketlər atmağa cəhd etdiyini açıqlayıb. Raketlər dənizə düşüb. Buna cavab olaraq İran hakimiyyəti BƏƏ-yə hər hansı raket atdığını təkzib edib.

Almaz Həsənli