Rusiya müxalifətçisi Sergey Vlasenko Varşavada ölü tapılıb

Rusiya müxalifətçisi Sergey Vlasenko Varşavada ölü tapılıb

09:45
Bəyəndim (1) Bəyənmədim (0)

71 yaşlı keçmiş Uzaq Şərq parlamentinin üzvü və Xalq Deputatları Konqresinin (Rusiyada terrorçu, arzuolunmaz və qadağan olunmuş təşkilat kimi tanınır) üzvü Sergey Vlasenkonun cəsədi Varşavadakı mənzilində tapılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Varşava Rayon Prokurorluğunun mətbuat katibi Pyotr Antoni Skiba məlumat verib.

"İlkin müayinənin nəticələri bu adamın ölümünün üçüncü tərəflərin hərəkətləri və ya səhlənkarlığı nəticəsində baş verdiyini göstərmir", - deyə Skiba bildirib. O əlavə edib ki, səhlənkarlıqdan ölümə səbəb olmaq maddəsi ilə cinayət işi açılıb. Bu gün üçün autopsiya və digər tibbi müayinələr planlaşdırılır.

"Wirtualna Polska"nın məlumatına görə, Sergey Vlasenkonun cəsədini tanışı tapıb. Mənzil kilidli olub və o, eyvandan içəri girib. Varşava Polisinin Terrorizm və Qətllə Mübarizə Bölməsi istintaqa qoşulub.

Sergey Vlasenko 1980-ci illərdə Uzaq Şərqdə parlament üzvü olub. 2022-ci ildə Polşaya köçdü və orada siyasi sığınacaq aldı.

Əziz Mustafa