Kuşner: Tramp İran nüvə silahından imtina edəcəyi təqdirdə razılaşma bağlamağa hazırdır

Kuşner: Tramp İran nüvə silahından imtina edəcəyi təqdirdə razılaşma bağlamağa hazırdır

15:11
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə silahından imtina edəcəyi təqdirdə İranla razılaşma bağlamağa hazırdır, lakin hələlik iranlılar Vaşinqton üçün məqbul olan şərtlərə maraq göstərməyiblər.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin müşaviri və kürəkəni Cared Kuşner "Fox News"a müsahibəsində bildirib. Qeyd edək ki, Yaxın Şərqə səfəri zamanı Kuşner HƏMAS rəhbərliyi və İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb.

"Əgər İran bizimlə müzakirə olunan razılaşmanı tamamlamağa və nüvə silahından imtina etməyə hazırdırsa, o zaman aydındır ki, o (ABŞ prezidenti - red.), İran xalqı üçün möhtəşəm ola biləcək bir razılaşma bağlamağa hazırdır. Lakin hazırda onlar bizim ağlabatan hesab etdiyimiz şərtlərə heç bir maraq göstərmirlər", - deyə Kuşner bildirib.

Onun sözlərinə görə, prezident Tramp iqtisadi təzyiqə çox köklənib.

"O, sanksiyalar məsələsində həqiqətən ciddidir. İranın iqtisadiyyatına nəzər salsanız, onun çox pis vəziyyətdə olduğunu görərsiniz", - deyə o qeyd edib.

Kuşnerin sözlərinə görə, Tramp razılaşmanın bağlanmasına tələsmək istəmir.

"O, hazır olanda düzgün razılaşmanı bağlayacaq. Lakin hazırda çox müsbət və aktiv danışıqlar aparırıq, görək nə olacaq", - deyə o əlavə edib.

Almaz Həsənli