Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib

Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib

11:15
Bəyəndim (2) Bəyənmədim (0)

Norveç Kral Sarayı ölkə kralı V Haraldın "xəstəxana məzuniyyətində" olduğunu açıqlayıb. 89 yaşlı Norveç kralı hazırda Avropanın ən yaşlı fəaliyyətdə olan monarxıdır. Oxuməni az xəbər verir ki, “Sweden Herald”ın məlumatına görə, kral qan xəstəliyi olan hemolitik anemiya ilə bağlı müalicə alıb. Məlumata əsasən, bu, "orqanizmdə maye toplanmasına səbəb olub və stasionar müalicəni tələb edib".

Kral Sarayı əlavə edib ki, V Harald təxminən iki həftə xəstəxanada qalacaq. Norveç kralı avqust ayında da xəstəxanada olub — on gün əvvəl o, planlı müayinədən keçib və bundan sonra evə buraxılıb.

V Harald 1991-ci ilin yanvarından Norveç taxtında əyləşib. O, 35 ildir ki, hakimiyyətdədir. V Harald 52 il hakimiyyətdə olan İsveç kralı XVI Karl Qustav və 37 ildir hakimiyyətdə olan Lixtenşteyn şahzadəsi II Hans-Adamdan sonra Avropada ən uzun müddət hakimiyyətdə olan üçüncü monarxdır.

Almaz Həsənli