Prezident Ərdoğan ABŞ Prezidenti Trampla telefon danışığı aparıb
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla strateji telefon danışığı aparıb.
Oxuməni az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, liderlər görüşdə Türkiyə-ABŞ ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal hadisələri müzakirə ediblər.
Danışıqların əsas gündəm maddələrindən biri ABŞ ilə İran arasında artan gərginlik olub. Prezident Ərdoğan İran və ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacib olduğunu, danışıqların davam edəcəyinə ümid etdiyini və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə Məkkə Birgə Müdafiə Müqaviləsini imzalayaraq regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün qətiyyətli mövqe nümayiş etdirdiklərini bəyan edib.
Prezident Ərdoğan vurğulayıb ki, Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçid hədəfləndiyi bir dövrdə İsrail hökumətinin fələstinlilərə qarşı yönəlmiş hərəkətlərinin artdığı müşahidə olunur və Türkiyə regionda davamlı sülhü, eləcə də Qəzzanın bərpası istiqamətində atılan addımları dəstəkləməyə davam edəcək.
Almaz Həsənli




















































































