Bloomberg: İxracatçılar Hörmüz boğazı vasitəsilə gizli neft tədarükü qurublar

Bloomberg: İxracatçılar Hörmüz boğazı vasitəsilə gizli neft tədarükü qurublar

15:23
Bəyəndim (1) Bəyənmədim (0)

Yaxın Şərq ölkələrindən olan neft ixracatçıları Hörmüz boğazı vasitəsilə gizli tədarük marşrutları qurublar. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Nəşr qeyd edir ki, digər tədbirlərlə yanaşı, bu cür tədarüklər dünya neft qiymətlərini bir barel üçün 80-90 dollar səviyyəsində saxlamağa kömək edir.

Neft Hörmüz boğazından transponderləri (siqnal ötürücüləri) söndürülmüş gəmilərlə keçirilir, daha sonra isə daşınmanın davam etdirilməsi üçün Oman körfəzindəki tankerlərə yüklənir.

"Bloomberg" qeyd edir ki, gizli tədarüklərin miqyası "Sentinel 1" peykindən çəkilmiş görüntülərlə sübut olunur. Avqustun 11-də çəkilmiş şəkillərdə Oman sahillərində müxtəlif ölçülü təxminən 150 gəmi görünür. Yanvar ayında isə bu ərazidə cəmi 40-a yaxın gəmi var idi.

Bu yolla Hörmüz boğazından dəqiq nə qədər neftin daşındığı məlum deyil. Nəşrin mənbələri yalnız təfərrüatlara varmadan, sutkada "dörd milyon bareldən çox neft" daşındığını bildiriblər.

Qeyd edək ki, ABŞ Energetika Nazirliyinin rəhbəri Kris Rayt daha əvvəl bildirmişdi ki, avqustun əvvəlində blokadaya baxmayaraq, Hörmüz boğazından sutkada təxminən doqquz milyon barel neft keçib. Bu, ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayana qədər Hörmüz boğazından daşınan həcmin təxminən yarısıdır.

Almaz Həsənli