Kallas Rusiyaya qarşı böyük sanksiyalar elan etdi
Yeni paketin tətbiqindən sonra sanksiyalara məruz qalan Rusiya qurumlarının sayı üçdə bir artacaq.
Avropa Birliyi yaxın aylarda Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallasın Die Welt-ə müsahibəsində deyilir.
"Aİ sanksiyaları artıq Rusiyaya baha başa gəlib və onu 1 trilyon avrodan çox gəlirdən məhrum edib. Payıza qədər Rusiyaya qarşı müharibənin başlanğıcından bəri ən geniş sanksiya siyahısını təqdim edəcəyəm",- deyə Kallas bəyan edib.
Onun sözlərinə görə, bu tədbirlərin qəbul edilməsindən sonra sanksiyalara məruz qalan Rusiya qurumlarının ümumi sayı dərhal üçdə bir artacaq. Kallas vurğuladı ki, "Moskva müharibəni bitirənə qədər təzyiq artmağa davam etməlidir". Bununla belə o, yeni sanksiyalar paketinin vaxtı və təfərrüatları barədə ətraflı məlumat verməyib.
Xatırladaq ki, Aİ-nin son sanksiyalar paketi ən uzun müddətli paket olub və 218 şəxs və təşkilat məhdudiyyətlərə məruz qalıb.
Əziz Mustafa














































.jpg)
.jpg-1.jpg)




































