Rusiyada VEB-nin baş iqtisadçısı işdən çıxarıldı
Bazar günü, 16 avqustda VEB.RF dövlət korporasiyasının baş iqtisadçısı Andrey Klepaç Rusiyada işdən çıxarıldı. Bu, Rusiya mediasının onun may ayında etdiyi çıxışa diqqət çəkməsindən sonra baş verdi.
Oxuməni.az xəbər verir ki, bu barədə "The Bell" nəşrinin yaydığı məlumatda deyilir.
Bir mənbəyə görə, VEB rəhbəri İqor Şuvalov yuxarıdan gələn zəngdən sonra Klepaçı işdən çıxarıb. İkinci mənbə işdən çıxarılmanın may ayındakı çıxışla əlaqəli olduğunu təsdiqləyib.
Nəşr bildirir ki, Moskva Birjasının Nikitski Klubunun tədbirindəki çıxışında Klepaç Rusiyanın Qərblə uzunmüddətli münaqişədə rəqabətə tab gətirə bilməyəcəyini bildirib və ölkədə sosial böhranın olacağını da proqnozlaşdırıb.
"İqtisadiyyatımızla nə etsək də, o, yaşayacaq. Bu mənada iqtisadi baxımdan heç bir kritik məqam yoxdur... Problem daha çox geridə qalmağımızdadır. Qlobal miqyasda həm texnoloji, həm də iqtisadi rəqabəti uduzuruq. Üstəlik, biz təkcə Çin və ABŞ-a deyil, bəzi mənalarda Ukraynaya da uduzuruq... Bu məhv müharibəsində rəqabəti qazana bilməyəcəyik. Hər şeyin dağılacağı illüziyasına sahibik. O, dağılmayıb və dağılmayacaq", - deyə "The Bell" iqtisadçının sözlərini sitat gətirir.
Andrey Klepaç 12 il VEB-nin baş iqtisadçısı olub. Bundan əvvəl o, İqtisadi İnkişaf Nazirliyində 10 il çalışıb, 2004-cü ildə Makroiqtisadi Proqnozlaşdırma Departamentinə rəhbərlik edib və 2008-ci ildən 2014-cü ilə qədər nazir müavini vəzifəsində çalışıb.
Bundan əlavə, VEB-ə qoşulduqdan sonra Klepaç dövlət korporasiyasının sədr müavini vəzifəsində çalışıb. 2019-cu ildə idarə heyətindən istefa verib, lakin baş iqtisadçı vəzifəsində qalıb.
Qeyd etmək lazımdır ki, VEB.RF dövlətə məxsus inkişaf şirkətidir. 2018-ci ildə Rusiyanın keçmiş baş nazirinin birinci müavini İqor Şuvalov onun rəhbəri olub.
Əziz Mustafa














































.jpg)
.jpg-1.jpg)




































