Donetskdəki Qalaktika Ticarət Mərkəzi Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra yanıb
Donetskdəki Qalaktika Ticarət Mərkəzi Ukrayna tərəfinin zərbələri nəticəsində tamamilə yanıb.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə qondarma "Donetsk Xalq Respublikasının Fövqəladə Hallar Nazirliyi"nin yaydığı məlumatda deyilir. Yanğın bütün binanı - 14.000 kvadrat metrdən çox ərazini əhatə edib.
"Nazirliyin" məlumatına görə, davam edən hücum təhlükəsi yanğınsöndürənlərin işini çətinləşdirib. Yanğın Bakı vaxtı ilə saat 03:44-də lokallaşdırılıb və açıq alovlar tamamilə söndürülüb.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Yanğın nəticəsində Ticarət mərkəzinin binasına güclü ziyan dəyib və o demək olar ki, tamamilə dağılıb.
Əziz Mustafa
Digər xəbərlər










































.jpg)
.jpg-1.jpg)





























.jpg)










