Kuşner Misirdə HƏMAS rəhbərliyi ilə görüşüb

Kuşner Misirdə HƏMAS rəhbərliyi ilə görüşüb

07:57
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Prezidentinin elçisi Cared Kuşner Misirə səfəri zamanı Fələstin HƏMAS hərəkatının rəhbərliyi ilə danışıqlar aparıb. Oxuməni.az xəbər verir ki, bu barədə Amerikanın Axios portalı adsız mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Kuşner Misirdə HƏMAS liderləri ilə görüşüb və onları tərksilah öhdəliklərini yerinə yetirməyə çağırıb".

Jurnalistlərin məlumatına görə, görüşdə HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyya, Misir kəşfiyyatının rəisi Həsən Rəşad, Qətər diplomatı Əli əl-Təvadi və adı açıqlanmayan yüksək vəzifəli türk rəsmisi iştirak edib.

9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS, Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Növbəti gün Qəzzada atəşkəs qüvvəyə minib. İsrail qüvvələri razılaşmaya uyğun olaraq, Zolağın 50%-dən çoxuna nəzarəti saxlayaraq şərti "sarı xətlər"ə çəkildi.

9 avqust 2026-cı ildə İsrail Qəzza Zolağı üçün Sülh Şurasının planını rədd etdi. Baş nazir Benyamin Netanyahu İsrail qoşunlarının HƏMAS tamamilə tərksilah olunana qədər anklavı tərk etməyəcəyini bildirdi.

Daha əvvəl İsrail Qəzzada "müharibəyə son qoymaq üçün beş prinsip"in tətbiqini tələb etmişdi.

Əziz Mustafa