Sadır Japarov ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcəyini açıqlayıb
Qırğızıstan Prezidenti Sadır Japarov növbəti prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib. Bu barədə o, jurnalist Ali Toktakunova verdiyi müsahibədə bildirib. Oxuməni.az xəbər verir ki, məlumatı "24.kg" yayıb.
"Mən daha bir müddətə namizədliyimi irəli sürmək və işimi davam etdirmək niyyətindəyəm. Seçkilərdə iştirak etmək istəyən hər kəs namizədliyini irəli sürə bilər. Biz heç kimə məhdudiyyət qoymayacağıq", - deyə Sadır Japarov bildirib.
Daha əvvəl Konstitusiya Məhkəməsi Japarovun hazırkı altıillik müddətini birinci müddət kimi tanıyıb və onun 2027-ci ildə ikinci müddətə namizədliyini irəli sürmək hüququnu təsdiqləyib. Seçki qanunvericiliyinə edilən dəyişikliklərdən sonra növbəti prezident seçkiləri 27 yanvar 2027-ci il tarixinə təyin edilib. Respublikanın Konstitusiyasına əsasən, bir şəxs dövlət başçısı vəzifəsinə ikidən çox seçilə bilməz.
Japarov qeyd edib ki, əvvəllər Kamçıbek Taşiyevi Qırğızıstanın gələcək prezidenti kimi görürdü. Dövlət başçısının sözlərinə görə, o, Taşiyev həmin vaxta qədər təcrübə toplayacağı və ölkəyə rəhbərlik etməyə hazır olacağı təqdirdə, 2027-ci il seçkilərində iştirak etməməyi planlaşdırırdı.
"Mənim 6 il idarə etmək, 2027-ci ildə seçkilərə getməmək planım var idi. Əgər o (Taşiyev) hazır olsaydı, təcrübə toplasaydı və yaxşı işləməyə başlasaydı, Kamçını prezident edib özüm istirahətə gedəcəkdim. 2027 –ci ilin yanvarında seçkilər olmalıdır. Mən ona bu barədə 2-3 il əvvəl demişdim", - deyə o vurğulayıb.
Sadır Japarov 10 yanvar 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə səslərin 79,2%-ni toplayaraq Qırğızıstanın prezidenti seçilib. Onun inauqurasiyası həmin il yanvarın 28-də baş tutub.
Almaz Həsənli























.jpg)
.jpg-1.jpg)





























.jpg)





























