İstanbuldakı erməni məktəblərinə Ermənistan vətəndaşlarını qəbul etmək qadağan edilə bilər

İstanbuldakı erməni məktəblərinə Ermənistan vətəndaşlarını qəbul etmək qadağan edilə bilər

11:17
Bəyəndim (1) Bəyənmədim (0)

İddialara görə, İstanbulda fəaliyyət göstərən erməni məktəblərinə guya Ermənistan vətəndaşlarının təhsil üçün qəbul edilməsi qadağan edilib. Oxuməni.az xəbər verir ki, bu barədə “Ermenihaber” məlumat yayıb.

Yeni tələblər İstanbulun erməni məktəblərində başlayan yoxlamalar zamanı məlum olub. Nəşrin məlumatına görə, müfəttişlər təhsil müəssisələrinin rəhbərliyinə guya Ermənistan vətəndaşlarının məktəblərə qəbul edilməsinin qadağan olunduğunu bildiriblər. Artıq həmin məktəblərdə təhsil alan uşaqların isə guya Türkiyənin dövlət məktəblərinə keçirilməsi təklif edilib. Gələcəkdə analoji yoxlamaların yunan və yəhudi məktəblərində də aparılması planlaşdırılır.

2012-ci ildən etibarən xarici vətəndaşlar Türkiyədə milli azlıqların məktəblərində təhsil ala bilirdilər, lakin dövlət nümunəli attestat almaq hüququna malik deyildilər. Bu qayda təxminən 14 il qüvvədə qalıb. Buna görə də onun “gözlənilmədən ləğv edilməsi Türkiyədəki erməni icmasının nümayəndələri və hüquq müdafiəçiləri arasında narahatlıq yaradıb”, — deyə Ermenihaber qeyd edir.

Nəşr diqqəti ona yönəldir ki, bu qərar Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin davam etdiyi bir vaxtda qəbul edilib.

Almaz Həsənli