FT: Anthropic-in IPO zamanı kapitallaşması 2 trilyon dollara çata bilər
Cari il üçün planlaşdırılan IPO-nun nəticələrinə görə, süni intellekt (Sİ) tərtibatçısı olan Anthropic-in kapitallaşması 2 trilyon dollara çata və ya hətta bu həddi keçə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times"a (FT) şirkətin bir neçə investoru məlumat verib. Onlar Anthropic-in kapitallaşmasının iki dəfədən çox artacağını proqnozlaşdırırlar — son maliyyələşdirmə raundu zamanı şirkət 965 milyard dollar dəyərində qiymətləndirilmişdi. Əgər proqnozlar özünü doğruldarsa, bu IPO tarixdəki ən böyük yerləşdirmə olacaq.
İyun ayında Anthropic-in ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) IPO keçirmək üçün məxfi müraciət göndərdiyi bildirilmişdi. Yerləşdirmə artıq oktyabr ayında baş tuta bilər. Şirkət hələlik nə qədər səhm yerləşdirməyi və hansı qiymətlə satışa çıxaracağını açıqlamayıb.
FT-yə müsahibə verən investorlar öz gözləntilərini süni intellekt alətlərinə, o cümlədən Anthropic tərəfindən hazırlanmış "Claude" modelinə olan tələbatın əhəmiyyətli dərəcədə artması ilə izah ediblər. Bəzi hesablamalara görə, şirkətin 2026-cı il üçün gəliri 100 milyard dollardan 120 milyard dollara qədər olacaq.
FT şirkətə təsir edə biləcək mümkün mənfi amillər sırasında ABŞ administrasiyası ilə mürəkkəb münasibətləri (hansı ki, şirkətə qarşı ixrac məhdudiyyətləri tətbiq edib) və modellərinin istifadəçilər üçün yüksək qiymətini qeyd edib.
Almaz Həsənli



























.jpg)























































